İrandan BƏƏ və Bəhreynə əməkdaşlıq təklifi

İrandan BƏƏ və Bəhreynə əməkdaşlıq təklifi
  24 Sentyabr 2020    Oxunub:2387
İran Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətləri yaxşılaşdırmağa hazırdır, onların İsrail ilə əməkdaşlığı buna maneə olmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

O qeyd edib ki, İranın qonşu ölkələrlə münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır: “Bu ölkələr İranla yaxşı münasibətlər istədikləri müddətdə münasibətlər davam edəcək. Bununla yanaşı, İranla güclü əlaqələr qurmaq istəməyən bir sıra ölkələr var - Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn. Lakin İranla yaxşı münasibətlər qurmağa hazır olduqları istənilən zaman bizim də buna bənzər bir istəyimiz olacaq. Əlbəttə ki, İsrail ilə münasibətləri bizim onlarla münasibətlərimizə mane olmur".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BƏƏ  





Xəbər lenti