İranda koronavirusdan ölənlərin sayı 25 mini keçdi

İranda koronavirusdan ölənlərin sayı 25 mini keçdi
  24 Sentyabr 2020    Oxunub:2298
İranda son sutka ərzində daha 175 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 25 min 15 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 3521 nəfər artaraq 436 min 319 -a yüksəlib. İranda indiyədək 367 min 829 koronavirus xəstəsi sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti