Səhiyyə Nazirliyindən məktəblərdəki vəziyyətlə bağlı AÇIQLAMA

  24 Sentyabr 2020    Oxunub : 2829
Səhiyyə Nazirliyindən məktəblərdəki vəziyyətlə bağlı  AÇIQLAMA
Səhiyyə Nazirliyinin şöbə müdiri Real TV-yə müsahibəsində COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili haqqında danışıb.
Azvision.az xəbər verir ki, Səhiyyə Nazirliyinin şöbə müdiri Nəzifə Mürsəlova təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili istiqamətdə işlərin aparılması üçün Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” müvafiq qərarı imzaladığını bildirib. O, Səhiyyə Nazirliyinin təhsil prosesinin davam etdirilməsinin təşkili istiqamətində atdığı addımlardan söhbət açıb.

"Sözügedən qərarın icrası məqsədilə Səhiyyə Nazirliyi ilə birlikdə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları” hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu qaydalar ÜST-ün “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələri” və Azərbaycanda COVID-19 infeksiyasının yayılmasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanıb"
Düşmən təcavüzünün qurbanı olan daha bir məktəbli

Müsahibəsini davam etdirən Nəzifə Mürsəlova uşaqlarını təhsil müəssəsinə göndərən valideynlərə bir neçə məsləhət verib: “Əgər valideyn uşaqda xəstəliyin simptomlarını müşahidə edirsə, uşaq COVID-19-a görə laborator müayinədən keçmiş və nəticəsi pozitiv çıxmışdırsa, ailə üzvlərinin birində test nəticəsi pozitiv çıxıb və ya xəstələnib və sağalmışdırsa, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməmişdirsə, bu zaman valideyndən övladının təhsil müəssisəsinə göndərilməməsi tələb olunur”.

Tələbədə xəstəlik şübhəsini yaradan simptomlar haqqında danışan Nəzifə xanım deyib ki, uşaq və ya gəncdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edilərsə və ya xəstəliyin hər hansı əlamətləri (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.) müşahidə olunarsa, təhsil müəssisəsinin rəhbəri ilk olaraq, uşağın və ya gəncin valideyninə və eyni zamanda müəssisənin tibb nümayəndəsinə bu haqda məlumat verməli və uşağın izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirməlidir.

"Uşaqla təmasda olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün onlar fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri və baxil) istifadə etməlidirlər və karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılmalı və otaq havalandırılmalıdır. Uşaq və ya gənc bu otağı tərk etdikdən sonra otaq 3 saat istifadəsiz saxlanılmalı və 3 saatdan sonra təmizlənib, dezinfeksiya edilməlidir.
Bu mövzu təhsil müəssisəsində yoluxma halları kütləvi xarakter daşısa, görülməli tədbirlərə aid olub".

Şöbə müdiri qeyd edib ki, kütləvi xəstəlik şübhəsi hallarında evakuasiya həyata keçirilməli, bu haqda əvvəlcədən təlimatlandırılmış işçi heyətinin nəzarəti altında təhsil müəssisəsində olan bütün şəxslər müəssisədən çıxarılmalı və müəssisə tamamilə dezinfeksiya olunmalıdır.

"5-ci sinifdən başlayaraq təhsilalanların təhsil müəssisəsində maskadan istifadə etməsi məcburidir, 1-4 siniflərin şagirdləri isə təhsil müəssisəsində maskadan istifadəsi onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir. Təhsil müəssisənə daxil olan hər şəxsin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin şəxsin müəssisəyə daxil olmasına yol verilməməlidir. Hər bir sinfə (qrupa) bütün dərs günü ərzində istifadəsi üçün bir sinif otağı və ya auditoriya ayrılır, aralarında 1.5 metr məsafə ilə yerləşdirilən partaların arxasında yalnız bir nəfərin oturmasına icazə verilir".

Nəzifə Mürsəlova Real TV telekanalının “Real İntervyu” verilişinə müsahibəsinin sonunda xüsusi karantin rejimi dövründə məktəblərdə həyata keçirilən bir neçə dəyişikliklər haqqında danışıb.
"İlk növbədə dərs qrafiki dəyişdirilib. Yəni sinifdə şagirdlərin sayı 10-12 nəfərə qədər azaldılıb, hər bir sinif şagirdləri yarıya bölünərək, növbəli qaydada (səhər/günorta) dərslərdə əyani şəkildə iştirak etməkləri nəzərdə tutulub. Bundan əlavə, əyani formada keçirilən dərs məşğələlərinin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimuma endirilib. Bir cox məktəblərdə “şahmat cədvəlinin” tətbiq olunması planlaşdırılıb. Fasilələr 10 dəqiqəyə qədər uzadılıb və bu müddət ərzində şagirdlərin imkan daxilində təmiz hava alması tövsiyə olunub. Fasilə müddətində sinif otağında pəncərələri (mümkün olduğu halda) açıq saxlanmalı, sinif otaqlarının havası mütəmadi dəyişdirilməlidir. Həmçinin, yeməkxanaların fəalliyəti dayandırılmalıdır".

Nazirlik rəsmisi təhsilalanların sinif otaqlarında qidalanması, hər bir valideynin uşağını məktəbə göndərdikdə onun su və qida ilə təmin olunmasına əmin olduğunu tövsiyə edib. Bundan başqa, kənar şəxslərin məktəbə girişinə məhdudiyyət qoyulduğunu qeyd edən Nəzifə xanım bildirib ki, təhsilalanların valideynlər və digər qanuni nüməyəndələrin məktəbə girişi tam qadağan olunub.

"Gündəlik olaraq növbələrarası fasilələrdə partalar (masalar), qapı və pəncərə tutacaqlarının ilkin təmizlənməsi və dezinfeksiyası tələb olunur, həftəsonları isə təhsil müəssisəsində tam və əsaslı dezinfeksiya işləri aparılmalıdır".

Azvision.az

Teqlər: Məktəb   Səhiyyə   Nazirlik