İraqlıların küçəyə çıxmasına icazə verildi

İraqlıların küçəyə çıxmasına icazə verildi
  24 Sentyabr 2020    Oxunub:2426
İraqda koronavirusla əlaqədar tətbiq olunan küçəyə çıxma qadağası ləğv edilib.
Azvision.az xəbər verir ki, İraq hökumətinin qəbul etdiyi qərara əsasən, axşam saat 22:00-dan səhər 05:00-a qədər nəzərdə tutulan qadağa aradan qaldırılıb. Artıq sakinlərin evdən çıxması üçün heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, İraqda koronavirusa günlük yoluxma sayı 4 min civarındadır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İraq   Koronavirus  





Xəbər lenti