Əcnəbilərin Çinə giriş qadağası ləğv edildi

Əcnəbilərin Çinə giriş qadağası ləğv edildi
  24 Sentyabr 2020    Oxunub:2531
Çindən viza və yaşamaq icazəsi alan xarici vətəndaşlar sentyabrın 28-dən etibarən bu ölkəyə geri qayıda biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi və Milli Miqrasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, iş, şəxsi münasibətlər və ailə vəziyyəti ilə əlaqədar vizası və müvəqqəti yaşamaq icazəsi olan şəxslərin ölkəyə giriş qadağası qaldırılır. İcazə müddəti bitmiş şəxslər yenidən müraciət edə bilərlər.

Açıqlamada qeyd edilir ki, ölkəyə geri dönənlər iki həftəlik karantində qalmalı olacaqlar.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Çin  





Xəbər lenti