Bakıda ən çox yoluxma haradadır? - STATİSTİKA

   Bakıda ən çox yoluxma haradadır? -    STATİSTİKA
  24 Sentyabr 2020    Oxunub:4349
Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
Azvision.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxtda ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,2 faizi həmin rayonun payına düşür.

Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,2 faizi Xətai, 11,8 faizi Yasamal, 11,6 faizi Sabunçu, 8,9 faizi Nəsimi, 8,3 faizi Nərimanov, 8 faizi Suraxanı, 7,6 faizi Qaradağ, 7,1 faizi Nizami, 5,1 faizi Xəzər, 4,6 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Ümumilikdə isə ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Ölkə üzrə ümumi yoluxma hallarının 55,9 faizi paytaxtda aşkarlanıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti