Agentlik rəsmisi: “25 uşaq ailəsinə geri qaytarılıb”

  24 Sentyabr 2020    Oxunub : 1970
  Agentlik rəsmisi:  “25 uşaq ailəsinə geri qaytarılıb”
Valideyn himayəsindən məhrum olmuş uşaqlara cavabdeh müəssisələrin bəzilərində uşaqlar həm də təhsil alırlar. Ölkə ərazisində yayılmış COVID-19 virusu ilə əlaqədar təhsil müəssisələrində mart ayından etibarən tətil elan olunduğu üçün valideyni, qəyyumu, nənə və babası olan uşaqlar müvəqqəti olaraq ailələrinə verilib. Təhsil başlayandan sonra onlar geri qaytarılacaq.
Bunu Azvision.az -a açıqlamasında Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib.

Onun sözlərinə görə, müvəqqəti olaraq müəssisədən ailəsinə qaytarılmış 828 valideyn himayəsindən məhrum olmuş uşaqla bağlı ailənin qiymətləndirilməsi üçün Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamenti tərəfindən 13.05.2020-ci il tarixdən ailələrə səfərlər təşkil edilib.

“Bu dövrdə 429 ailədə 647 uşağın qiymətləndirilməsi aparılıb. Qiymətləndirilən ailələrdən 370-i barədə Ailə İnkişaf Planı tərtib edilib. Tərtib edilmiş Ailə İnkişaf Planlarının icrası nəticəsində 25 uşaq müəssisədən öz ailəsinə geri qaytarılıb”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Övladlığa-verilmə