Milli Məclisdə komitə iclası keçiriləcək

Milli Məclisdə komitə iclası keçiriləcək
  24 Sentyabr 2020    Oxunub:1827
Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib.

1.Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə hesabat.

2.Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi haqqında.

Azvision.az


Teqlər: Milli-Məclis   Komitə   İclas  





Xəbər lenti