Ermənistanda koronavirusa yoluxma sayı 48 mini keçdi

Ermənistanda koronavirusa yoluxma sayı 48 mini keçdi
  24 Sentyabr 2020    Oxunub:1873
Ermənistanda son sutka ərzində daha 374 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 48 251 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, pandemiya qurbanlarının sayı 945-ə çatıb.

Koronavirusa yoluxmuş, digər xəstəliklərdən ölənlərin sayı 292 nəfərdir. İndiyədək 43 266 xəstənin sağaldığı deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti