Ərdoğan: “Ermənistan sülhə ən böyük əngəldir” - VİDEO

  Ərdoğan:  “Ermənistan sülhə ən böyük əngəldir” -  VİDEO
  22 Sentyabr 2020    Oxunub:8237
Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci Sessiyasında videoformatda çıxışı zamanı söyləyib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycan torpaqlarına hücumları davam etdirən Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə qarşı ən böyük əngəl olduğunu bir daha təsdiqləyib.



Bundan əlavə, Ərdoğan vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir:

“Dağlıq Qarabağ problemi başda olmaqla, bölgədəki bütün münaqişələrin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün, suverenliyini qorunması, BMT və ATƏT-in qətnamələri əsasında həll olunmasını istəyirik”.

Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti