12 min şəhid ailəsinə maddi yardım edilib

 12 min şəhid ailəsinə maddi yardım edilib
  22 Sentyabr 2020    Oxunub:4264
Bu gün şəhid ailəsi üzvlərinin bank kartlarına ödənən vəsait onlara hər ay ödənən təqaüd yox, PAŞA Qrup Şirkətləri tərəfindən əlavə dəstək məqsədilə ödənən yardımdır. Bank hesablarında fərqli məbləği görən vətəndaşlarımızda çaşqınlıq yaranmasına ehtiyac yoxdur.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, şəhid ailəsi üzvlərinə aylıq təqaüd hər ay olduğu kimi yaxın günlərdə eyni qaydada bank kartlarına oturacaq.

F.Talıbov bildirib ki, Paşa Qrup Şirkətlərinin bu nəcib aksiyası barədə KİV-də də məlumat verilib: “Koronavirusla mübarizə məqsədilə dövlətin istifadəsinə təqdim olunan otel və obyektlər üzrə xərclər Nazirlər Kabinetinin qərarı ilə dövlət tərəfindən qarşılanıb. Azərbaycan dövləti tərəfindən atılan xeyirxah addıma cavab olaraq, PAŞA Qrup Şirkətləri kompensasiya edilmiş məbləği şəhid ailələrinə təqdim etmək qərarına gəlib. Belə ki, Qrupun otelləri tərəfindən həyata keçirilən xərcləri qarşılamaq məqsədilə təqdim edilən vəsait ölkəmizdəki 12000 şəhid ailəsinə yardım olaraq təqdim olunub. Dəstək tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi Siyahı əsasında və nazirlik tərəfindən təqaüdlə təmin olunan hər bir şəhid ailəsi üzvünü əhatə edir”.

Azvision.az


Teqlər: ƏƏSMN   Fazil-Talıblı  





Xəbər lenti