Livanda güclü partlayış olub

Livanda güclü partlayış olub
  22 Sentyabr 2020    Oxunub:3637
Livanın cənubunda güclü partlayış olub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Ayn Kana kəndindəki yanacaqdoldurma məntəqəsində baş verib.

Yerli jurnalistlər partlayış bölgəsinin ordu tərəfindən mühasirəyə alındığını bildirirlər. Həlak olanlar və yaralılar barədə məlumat yoxdur.

Xatırladaq ki, bu ilin avqust ayında paytaxt Beyrutdakı limanda baş vermiş güclü partlayış nəticəsində 190 nəfər ölüb, 6 min nəfər yaralanıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Livan   Partlayış  





Xəbər lenti