AŞPA Tofiq Yaqublu barədə qərarı alqışladı

AŞPA Tofiq Yaqublu barədə qərarı alqışladı
  22 Sentyabr 2020    Oxunub:4272
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Tofiq Yaqublunun 28 sentyabr 2020-ci ildə keçiriləcək məhkəmə iclasınadək ev dustaqlığına buraxılması barədə Bakı Apellyasiya Məhkəməsinin qərarını alqışlayıb.
Azvision.az AŞPA-nın saytına istinadən xəbər verir ki, bu barədə qurumun Azərbaycan üzrə həmməruzəçiləri Rocer Qeyl (Birləşmiş Krallıq), Stefan Şennax (Avstriya) və xüsusi məruzəçi Sunna Evarsdottirin (İslandiya) birgə açıqlamasında deyilir.

“Həbsin ev dustaqlığına dəyişdirilməsi yaxşı bir addımdır. Bu, bizdə Azərbaycan hakimiyyətinin Tofiq Yaqublu ilə bağlı narahatlığımızı nəzərə alaraq, onun işinə Avropa Şurası standartlarına uyğun olaraq ədalətli şəkildə baxılacağına ümid yaradır. Biz, həmçinin Yaqublunun aclıq aksiyasına son qoymaq qərarından da məmnunuq”, - deyə AŞPA həmməruzəçiləri bildiriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AŞPA   Tofiq-Yaqublu  





Xəbər lenti