“Rusiya Minsklə dialoqa kömək edə bilər” - Cozep Borrell

 “Rusiya Minsklə dialoqa kömək edə bilər” -  Cozep Borrell
  22 Sentyabr 2020    Oxunub:3811
Avropa İttifaqının Xarici Siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell Rusiyanın Belarusda daxili dialoqun qurulmasına kömək edə biləcəyini deyərək, bu mövzuda Moskva ilə təmasları davam etdirmək niyyətini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Borell öz bloqunda yazıb.

"Biz Belarusla Rusiya arasındakı tarixi, siyasi və mədəni əlaqələrdən xəbərdarıq. Bunlar Belarus hakimiyyətini demokratiya tərəfdarı olan qüvvələrlə dialoqa getməyə inandırmaqda kömək edə bilər. Yaxın günlərdə və həftələrdə bu məsələlərin Rusiya hakimiyyəti ilə müzakirəsini davam etdirəcəyəm”, - deyə Borrell əlavə edib.

O, Moskva ilə danışıqlarında Aİ-nin Belarusun suverenliyinə hörmətlə bağlı mövqeyini vurğuladığını əlavə edib.

"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla müntəzəm təmaslarda Aİ-nin Belarusun suverenliyinə və müstəqilliyinə hörmətlə bağlı prinsipial mövqeyini vurğuladım. Mən Rusiyanı xarici müdaxilədən qaçmaq üçün eyni nümunəni izləməyə çağırdım".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti