BƏƏ və İsrailin Bakıdakı səfirləri görüşdü

 BƏƏ və İsrailin Bakıdakı səfirləri görüşdü
  22 Sentyabr 2020    Oxunub:4026
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Abdalla Al Şamsi İsrail dövlətinin Bakıdakı səfiri Corc Diklə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Twitter” hesabında məlumat paylaşılıb.

Tərəflər BƏƏ və İsrail arasındakı ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və İsrail arasında münasibətlərin normallaşmasına dair saziş imzalanıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: BƏƏ   İsrail  





Xəbər lenti