Uşağın cinsiyyətini bilmək üçün arvadının qarnını yardı

Uşağın cinsiyyətini bilmək üçün arvadının qarnını yardı
  22 Sentyabr 2020    Oxunub:2725
Hindistanın Uttar Pradeş əyalətində beş qız atası olan kişi yeni doğulacaq körpəsinin cinsiyyətini öyrənmək üçün 7 aylıq hamilə həyat yoldaşının qarnını yarıb.
Azvision.az xəbər verir ki, NDTV televiziyasına danışan Pravin Sinq Çhauhan adlı polis Budaun qəsəbəsində yaşayan 35 yaşlı qadının vəziyyətinin ağır olduğunu bildirib.

Adı Pannalal kimi qeyd olunan kişi polis tərfindən saxlanılıb. Ailəsi onun oğlan uşağı istədiyini deyib.

Qeyd edək ki, Asiya İnsan Hüquqları Mərkəzinin araşdırmasına görə, yeni doğulmuş körpə qızların ən çox öldürüldüyü ölkələr arasında Hindistan da var.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti