Nizami rayon Prokurorluğundan
Azvision.az -a verilən məlumatına görə, istintaqla qeyd edilən tarixdə Taleh Baxşiyev, Şirzad Şirzadov, Ramin Baxışov, Allahverdi İmamquliyev və Sarvan Kərimovun bir qrup şəxs halında Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasında “Covid-19” pandemiyası ilə əlaqədar epidemiya əleyhinə rejimin tələblərini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmaqla, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə həmin vaxt orada ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşları Vüqar Məlikov və Samir Nəsirovun qanuni tələblərinə tabe olmamaqla onlara qarşı müqavimət göstərib xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Taleh Baxşiyev, Şirzad Şirzadov, Ramin Baxışov, Allahverdi İmamquliyev və Sarvan Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.
Azvision.az