Ermənistanda Paşinyana qarşı ümumxalq mitinqi keçiriləcək

Ermənistanda Paşinyana qarşı ümumxalq mitinqi keçiriləcək
  22 Sentyabr 2020    Oxunub:4531
Ermənistanın üç müxalifət partiyası - “Çiçəklənən Ermənistan”, “ARF Daşnaksütyun” və “Vətən” partiyaları oktyabrın 8-də İrəvanda ümumxalq mitinqi keçirəcəklər.

Azvision.az xəbər verir ki, bu barədə üç siyasi qüvvənin birgə bəyanatında deyilir.
Bəyanatda vurğulanıb ki, 2018-ci ilin baharındakı ümumxalq hərəkatı ölkənin inkişafı üçün keyfiyyətcə yeni imkanlar yaratdı, lakin son iki ildən artıq müddətdə xalqın gözləntiləri yerinə yetirilmədi.

"Səlahiyyətli dairələr bütün məsələlərdə uğursuzluğa düçar oldu. Ölkənin inkişaf perspektivləri təhlükə altındadır. Hakim siyasi qüvvə dövlətinin qarşısında duran çətinliklərin öhdəsindən gələ bilməyəcəyini göstərdi", - deyə bəyanat müəllifləri qeyd edib.

"Çiçəklənən Ermənistan", ARF "Daşnaksütyun" və "Vətən" partiyaları ölkədəki mövcud vəziyyəti qiymətləndirərək, yeni keyfiyyətdə xalq hakimiyyətinin formalaşmasına qaçılmaz ehtiyacı nəzərə alaraq, 8 oktyabr saat 18:00-da Azadlıq meydanında ümumxalq mitinqi çağırıb.

Qeyd edək ki, hakimiyyətə qarşı daha bir mitinq 19 sentyabrda baş tutub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÇiçəklənənErmənistan  





Xəbər lenti