“Münaqişələr yalnız sülh yolu ilə həll edilməlidir” - Lavrov

  22 Sentyabr 2020    Oxunub : 3506
 “Münaqişələr yalnız sülh yolu ilə həll edilməlidir” -  Lavrov
Dünyadakı münaqişələr yalnız siyasi-diplomatik yollarla həll edilməlidir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında təşkilatın 75-ci ildönümü münasibətilə KTMT ölkələri adından etdiyi videomüraciətdə deyib.

“Bu gün təəssüf ki, dünyanın müxtəlif bölgələrində silahlı qarşıdurmalar davam edir. Bunlara müasir dövrümüzün kəskin təhdidləri də əlavə edilib: beynəlxalq terrorizm, narkotik və kibercinayətlər, iqlim dəyişikliyi. Bu il bu siyahı daha bir qorxunc çağırışla - sosial-iqtisadi və digər sahələrdə ciddi böhran hadisələrinə səbəb olan koronavirus pandemiyası ilə tamamlandı.
“Yaşayış yerlərinə zərbələr endirmək yolverilməzdir” - Lavrov

Bu baxımdan, BMT Baş katibinin KTMT üzv dövlətlərinin yekdilliklə dəstəklədiyi COVID-19 pandemiyası ilə əlaqədar qlobal atəşkəs çağırışını çox aktual hesab edirik", - deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, dünya ictimaiyyətinin əsas vəzifələrindən biri münaqişələrin beynəlxalq hüquq normalarına əsaslanaraq beynəlxalq səviyyədə tanınmış danışıqlar formatları çərçivəsində yalnız sülh yolu, siyasi və diplomatik vasitələrlə həll edilməsi olmalıdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Lavrov   Rusiya