COVID-19: Hindistanda bir gündə 1053 nəfər öldü

 COVID-19:  Hindistanda bir gündə 1053 nəfər öldü
  22 Sentyabr 2020    Oxunub:2076
Hindistanda son sutka ərzində 75 83 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi yoluxma hallarının sayı 5 562 663 nəfərə çatıb. Son bir gündə 1053 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 88 935-ə yüksəlib. İndiyə qədər 4 497 867 xəstə sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   Koronavirus   Pandemiya  





Xəbər lenti