Futbol hakimi sevgilisi ilə birgə qətlə yetirilib

Futbol hakimi sevgilisi ilə birgə qətlə yetirilib
  22 Sentyabr 2020    Oxunub:2029
İtaliyanın futbol hakimi Daniel De Santis sevdiyi xanımla birgə qətlə yetirilib.
Azvision.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, qətl mərhumun Leççedəki mənzilində baş verib.

33 yaşlı hakim və 30 yaşlı Eleanoranın cəsədləri sentyabrın 21-də axşam saatlarında aşkarlanıb. Qonşular mənzildən səs-küy eşitdiklərini, bir nəfərin bıçaqla qaçdığını gördüklərini deyiblər.

De Santis, ümumilikdə 130-dan çox oyunda iştirak etdiyi C Seriyası və B Seriyası matçlarından tanınır.

Hazırda qətli törədən şəxsin axtarışları aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya   Futbol   Hakim   Qətl  





Xəbər lenti