Qazaxıstanda yoluxma sayı 67 nəfər artıb
Bildirilib ki, ümumilikdə ölkə üzrə 107 374 yoluxma müəyyən edilib. İndiyədək 102 064 xəstə sağalıb, 1 671 nəfər virusun qurbanı olub.
Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 3611 nəfərin müalicəsi davam edir, onlardan 36-sı uşaqdır. Stasionar nəzarətdə 1873, ambulator şəraitdə isə 1794 xəstə var.
Koronavirusa yoluxanlardan 100 nəfərin vəziyyəti ağır, 14 pasiyentin durumu kritik qiymətləndirilir.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Qazaxıstan Koronavirus