“İranın güclü ölkə olmasını istəyirik” - Tramp

  22 Sentyabr 2020    Oxunub : 1574
 “İranın güclü ölkə olmasını istəyirik” -  Tramp
ABŞ Prezidenti Donald Tramp nüvə silahına sahib olmadan İranı güclü görmək istədiyini deyib.
Azvision.az xəbər verir ki, ABŞ lideri yenidən prezident seçiləcəyi təqdirdə Tehranın müqaviləni imzalamağa hazır olacağına əminliyini ifadə edib.

“Qalib gəldiyimizdən 9 saniyə sonra İrandan zəng alacağıq. Razılığın olmasını istəyirik.
Biz hər şeyin onlar üçün yaxşı olmasını və İranın güclü bir ölkə olmasını istəyirik. Sadəcə onların nüvə silahlarına sahib olmasının əleyhinəyik. Bu qədər”, - deyə Tramp əlavə edib.

Bundan əvvəl, ABŞ lideri prezident seçkilərində qalib gələcəyi təqdirdə, qısa müddətdə İranla müqavilə bağlayacağını söyləyib. Söhbət Birgə Hərtərəfli Fəaliyyət Planını əvəz edəcək yeni razılaşmadan gedir.

Xatırladaq ki, 21 sentyabrda ABŞ İrana qarşı Tehranın nüvə inkişafını hədəf alan yeni sanksiyalar elan edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Tramp