Bir gecədə 3 ev, 1 maşın yandı

Bir gecədə 3 ev, 1 maşın yandı
  29 Yanvar 2014    Oxunub:863
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzildə dəhlizin döşəməsi 5 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "Mazda" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 02:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gədəbəy rayonu, Göyəmli kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti