Əsir düşən erməni ilə bağlı Ermənistanın iddiası

Əsir düşən erməni ilə bağlı Ermənistanın iddiası
  29 Yanvar 2014    Oxunub:1301
Bu gün təmas xəttini keçən erməni Xocayan Mamikan Tiqranoviç haqqında erməni mətbuatı açıqlama yayıb.

AzVision.az news.am-a istinadən xəbər verir ki, bu gün qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin Ermənistanın Tavuş rayonunun Verin Karmiraxpur kəndinin sakini olduğu bildirilir.

Kəndin başçısı Kamo Çobanyan deyib ki, 77 yaşlı Mamikon psixi xəstədir və dispanserdə qeydiyyatdadır.

“Günorta saatlarında kəndlilər onu əlində vedrə gedərkən görüblər. Soruşublar ki, hara gedirsən, cavab verib ki, gedirəm üzüm yığmağa. Qışın ortasında nə üzüm? Kənddən üzüm bağına qədər 8 kilometr yoldur. O, yola çıxıb və təsadüfən sərhədi keçib” - deyə Çobanyan bildirib.

Kənd başçısı deyib ki, Azərbaycan KİV-lərində Mamukonun fotolarını görüb və onu tanıyıb.

Xatırladaq ki, Tovuz sakini tərəfindən tutulan erməninin düşmən ordusunun kəşfiyyat-diversiya qrupunun bələdçisi olduğu rəsmən təsdiqlənib.


Teqlər:  





Xəbər lenti