Özbəkistan Baş Nazirinin müavini koronavirusdan öldü

  20 Sentyabr 2020    Oxunub : 3064
Özbəkistan Baş Nazirinin müavini koronavirusdan öldü
Özbəkistan Baş Nazirinin müavini Uktam Barnoyev vəfat edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 56 yaşlı U. Barnoyev koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.

Bir müddət əvvəl COVID-19 testinin nəticəsi pozitiv çıxan Barnoyev xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Azvision.az

Teqlər: Koronavirus