Tovuzda tutulan erməni ilə bağlı rəsmi AÇIQLAMA

Tovuzda tutulan erməni ilə bağlı rəsmi AÇIQLAMA
  29 Yanvar 2014    Oxunub:1237
MN: Ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi əsgərlərimiz tərəfindən ələ keçirilib.

Müdafiə Nazirliyi bildirir ki, yanvarın 28-də saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hazırda saxlanılan erməni əsirinin fəaliyyəti ilə bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti