Reanimasiyada olan xəstələrin sayı azaldı

  19 Sentyabr 2020    Oxunub : 3789
Reanimasiyada olan xəstələrin sayı azaldı
Azərbaycanda koronavirusla bağlı 19 sentyabr 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 6722 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 1 milyon 47 min 906-ya çatıb.

Reanimasiyada olan xəstə sayı 108, süni tənəffüs cihazında olan xəstə sayı 8 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 39 min 42 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib. Aktiv xəstə sayı 1867 nəfərdir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus