İranda koronavirusdan ölənlərin sayı 24 mini keçdi

 İranda koronavirusdan ölənlərin sayı 24 mini keçdi
  19 Sentyabr 2020    Oxunub:4162
İranda son sutka ərzində daha 166 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 24 118 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2845 nəfər artaraq 419 043-ə yüksəlib.

İranda indiyədək 357 632 koronavirus xəstəsi sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti