Azərbaycan İtaliya hərbi əməkdaşlıq planı imzalandı

Azərbaycan İtaliya hərbi əməkdaşlıq planı imzalandı
  29 Yanvar 2014    Oxunub:1192
Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlıq planı imzalandı.
Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “Azərbaycan-İtaliya ikitərəfli hərbi əməkdaşlıq üzrə müzakirələr” keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, tədbirdə nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov, İtaliya tərəfdən isə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahının 3-cü İdarəsinin rəis müavini, kontr-admiral Edoardo Kompiani rəhbərlik ediblər.

Müzakirələr zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilmiş, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Sonda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq Planı” imzalanıb.

Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo və İtaliya Silahlı Qüvvələrinin ölkəmizdə akkreditə olunmuş hərbi attaşesi, kontr-admiral Emanuele Botazzi iştirak ediblər.


Teqlər:





Xəbər lenti