Kontr-admiral: “Eren Günay hazırda xidmətdədir”

  19 Sentyabr 2020    Oxunub : 8831
  Kontr-admiral:  “Eren Günay hazırda xidmətdədir”
Sosial şəbəkələrdə Azərbaycan HDQ komandanının türkiyəli əlaqələndirici zabit 1-ci dərəcəli kapitan Eren Günayın guya Azərbaycan HDQ-nin qərargahına buraxılmaması və xidməti maşınına icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov deyib.

"Bildirirəm ki, 1-ci dərəcəli kapitan E.Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk. Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir", - deyə Sübhan Bəkirov vurğulayıb.

Azvision.az

Teqlər: HDQ   Eren-Günay