Virusa “qalib gələn” ölkədə gündə minlərlə insan yoluxur

Virusa “qalib gələn” ölkədə gündə minlərlə insan yoluxur
  19 Sentyabr 2020    Oxunub:3123
Braziliyada son 24 saat ərzində 858 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 135 793-ə yüksəlib. Yoluxma sayı son sutkada 39 797 nəfər artaraq 4 495 183-ə çatıb. İndiyədək 3 789 139 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə edilir.

Xatırladaq ki, bir müddət əvvəl Braziliya Prezidenti Jair Bolsonaru ölkəsinin koronavirus pandemiyasına qalib gəldiyini açıqlamışdı.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Braziliya   Koronavirus  





Xəbər lenti