Rusiyada koronavirus xəstələrinin sayı artır

 Rusiyada koronavirus xəstələrinin sayı artır
  19 Sentyabr 2020    Oxunub:3223
Rusiyada son sutka ərzində koronavirusa 6065 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 1 097 251 nəfərə çatıb.

Rusiyada daha 144 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 19 339 nəfərdir. İndiyədək 906 462 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti