Hindistanda COVID-19 rekordu: Ölü sayı 85 mindən çoxdur

  19 Sentyabr 2020    Oxunub : 2646
Hindistanda COVID-19 rekordu:  Ölü sayı 85 mindən çoxdur
Hindistanda son sutka ərzində 93 337 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi yoluxma hallarının sayı 5 308 015 nəfərə çatıb. Son bir gündə 1174 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 85 619-a yüksəlib. İndiyə qədər 4 208 431 xəstə sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici yerdədir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Hindistan   Koronavirus