Şamaxıda arvadını bıçaqlayan şəxs həbs olundu

  19 Sentyabr 2020    Oxunub : 2809
Şamaxıda arvadını bıçaqlayan şəxs həbs olundu
Sentyabrın 16-da Şamaxı rayonu ərazisində rayon sakini Xanım Teymurovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şamaxı rayon Prokurorluğundan Azvision.az -a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Goranboyda ölən şəxsin kimliyi məlum oldu

Aparılmış araşdırmalarla zərərçəkmişin əri Elton Hüseynovun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Xanım Teymurovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Elton Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Prokurorluq   Şamaxı   Cinayət