Ermənistanda virusa yoluxma sayı 47 mini keçdi

  19 Sentyabr 2020    Oxunub : 2419
Ermənistanda virusa yoluxma sayı 47 mini keçdi
Ermənistanda son sutka ərzində daha 244 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 47 154 nəfərə çatıb.

Son sutkada Ermənistanda 2 xəstə ölüb, bununla virusa yoluxma nəticəsində ölənlərin sayı 928 nəfər olub. İndiyədək 42 551 xəstənin sağaldığı deyilir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ermənistan   Koronavirus