“Bu, dövlətin atdığı gözəl və humanist addımdır” - Yazıçı Anar

  19 Sentyabr 2020    Oxunub : 3772
 “Bu, dövlətin atdığı gözəl və humanist addımdır” -  Yazıçı Anar
“Tofiq Yaqublunun ev dustaqlığına buraxılması humanist addımdır”.

Bunu Azvision.az - açıqlamasında Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, T. Yaqublunu ev dustaqlığına buraxmaqla dövlət humanist və doğru addım atıb:
"Mən fikrimi səsləndirmişəm ki, siyasət insanlarının, jurnalistlərin həbsdə olmasını istəmirəm. Tofiq Yaqublunun ev dustaqlığına buraxılması yaxşı xəbərdir. Bu, dövlətin atdığı gözəl və doğru addımdır".

Qeyd edək ki, Xalq yazıçıları Anar Rzayev və Çingiz Abdullayev T. Yaqublunun azad olunması xahiş etmişdilər.

Xatırladaq ki, ötən gün Bakı Apellyasiya Məhkəməsində müsavatçı Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və T. Yaqublu ev dustaqlığına buraxılıb.

Şəhanə Rəhimli
Azvision.az

Teqlər: Tofiq-Yaqublu   Anar-Rzayev   Yazıçı