“Bilmədim bu virus məni haradan gəlib tapdı” - Partiya sədri

  19 Sentyabr 2020    Oxunub : 3482
   “Bilmədim bu virus məni haradan gəlib tapdı” -    Partiya sədri
Bir müddət əvvəl ailəsi ilə birlikdə koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə hazırkı durumu barədə danışıb.
Bununla bağlı Azvision.az -a açıqlama verən partiya sədri özünü mümkün qədər qorumağa çalışsa da, hansı şəraitdə virusa yoluxduğunu bilmədiyini söyləyib:

“Bir müddət öncə səhhətimlə bağlı müəyyən problemlər yaranmışdı deyə xəstəxanada müalicə alırdım. İndi özümü yaxşı hiss edirəm. Artıq evdəyəm və tam sağalaraq normal həyata dönmüşəm. Mən həmişə şəxsi gigiyenamı qoruyaraq tibbi maskadan istifadə etmişəm və hansısa bir yerə gedəndə də maskada gəzmişəm. Geniş şəkildə yayılan infeksiyadır, bilmədim bu virus məni haradan və ya kimdən gəlib tapdı. Müalicələrdən razı qaldım, xəstəxanadakı müayinə və müalicələrim yaxşı təşkil olunmuşdu”.

Araz Əlizadə yaxın vaxtlarda yenidən aktiv siyasi fəaliyyətə qayıdıb-qayıtmayacağı barədə suala cavab olaraq deyib: “Mən siyasətdən getməmişdim ki, aktiv şəkildə də qayıdam. Siyasi partiyalarla bağlı məsələyə gəldikdə isə heç bir siyasi partiya ilə dialoqlarda iştirak etmək fikrim yoxdur”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Araz-Əlizadə   Koronavirus