Gələn həftə Azərbaycana payız gəlir

   Gələn həftə Azərbaycana payız gəlir
  19 Sentyabr 2020    Oxunub:3318
Gələn həftə Azərbaycana payız fəsli qədəm qoyacaq.
Azvision.az xəbər verir ki, payız fəsli ölkəmizə 22 sentyabr saat 17:30:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayacaq.

Qeyd edək ki, sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək, həmin gün ən uzun gecə olacaq.

Azvision.az


Teqlər: Payız   Fəsil  





Xəbər lenti