İctimai nəqliyyatın fəaliyyəti iki günlük dayandırıldı

   İctimai nəqliyyatın fəaliyyəti iki günlük dayandırıldı
  19 Sentyabr 2020    Oxunub:2647
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
Azvision.az -ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Azvision.az


Teqlər: Avtobus   Nəqliyyat   Metro  





Xəbər lenti