Türkiyədə virusa yoluxanların sayı 300 minə çatır

 Türkiyədə virusa yoluxanların sayı 300 minə çatır
  19 Sentyabr 2020    Oxunub:3138
Türkiyədə son sutka ərzində 62 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1771 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7377, virusa yoluxanlar isə 299 810 nəfərə çatıb.

Türkiyədə indiyədək 264 805 pasiyent (son sutkada 1060 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti