Şahin Mustafayev İranın yeni səfiri ilə görüşüb
Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində hər iki ölkədə həyata keçirilən tədbirlər müzakirə edilib. Eyni zamanda, pandemiya dövründə Azərbaycanla İran arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlıqdan, o cümlədən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların davam etdirilməsindən məmnunluq ifadə edilib, bu istiqamətdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: Nazirlər-Kabineti ŞahinMustafayev