37 minlik korrupsiyanın üstü açıldı

37 minlik korrupsiyanın üstü açıldı
  28 Yanvar 2014    Oxunub:1422
“Ləzzət Qida Sənaye” MMC-nin əməkdaşının qanunsuz hərəkətləri ifşa edilib
“Ləzzət Qida Sənaye” MMC-nin Bakı şəhər anbar filialının əməkdaşının qanunsuz hərəkətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı 2012-2013-cü illərdə cəmiyyətin Bakı şəhər anbar filialının satış təmsilçisi işləmiş Namiq Vəliyevin hesabında 37.0 min manat çatışmazlığın aşkar edilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti