Direktor müavininə cinayət işi açıldı

Direktor müavininə cinayət işi açıldı
  28 Yanvar 2014    Oxunub:901
“Azinterpartlayış-X” MMC-nin direktor müavini barəsində
cinayət işi başlanıb.
“Azinterpartlayış-X” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək haqqının mənimsənilməsi barədə vətəndaş Səməd Kərimovun müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı 2011-2013-cü illərdə cəmiyyətdə işləmiş Səməd Kərimova hesablanmış 7.500 manat məbləğində əmək haqqının həmin müəssisənin maliyyə məsələləri üzrə direktor müavini Əligül Səlimov tərəfindən plastik kart vasitəsi ilə bankomatdan çıxarılaraq mənimsənilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzVision.az





Teqlər:





Xəbər lenti