ANS “cinə” görə cərimələndi

ANS “cinə” görə cərimələndi
  28 Yanvar 2014    Oxunub:1082
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”, “ANS Müstəqil Yayım və Media Şirkəti”, “Lider TV və Radio Azərbaycan” MMC tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

Bundan əlavə iclasda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.7, 35.11-ci maddələrinin tələblərini pozduğuna görə “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələblərini pozduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan edilib.

Həmçinin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.5, 35.11-ci maddələrini, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.2, 2.4, 2.8-ci bəndlərinin tələblərini pozduğuna görə “ANS Müstəqil Yayım və Media Şirkəti” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1-ci, 187-1.0.4-cü maddələrinin tələbinə uyğun olaraq 1000 (min) manat məbləğində cərimə edilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti