Kılıçdaroğlu Elçibəyin qardaşı oğlu ilə görüşüb - FOTO

Kılıçdaroğlu Elçibəyin qardaşı oğlu ilə görüşüb - FOTO
  27 Yanvar 2014    Oxunub:1044
Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının təşkilat komitəsinin sədri Hürrü Əliyevin qardaş Türkiyəyə səfəri uğurla davam edir.
AzVision.az xəbər verir ki, ötən gün Türkiyənin ana müxalifət lideri Cumhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu Hürrü Əliyevi qərarganında növbəti dəfə qəbul etmişdir. Ilkin olaraq geniş heyyətlə başlayan görüş daha sonra tərəflər arasında təkbətək davam edib.

Görüşdə Türkiyə Azərbaycan münasibətlərinin hazırkı durumu, Dağlıq Qarabağ problemi və Güney Azərbaycan məsələləri müzakirə edilib. Həmçinin CHP və AMACP arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələsi ilə bağlı ikitərəfli razılıq əldə edilmişdir. Kılıçdaroğlu H.Əliyevi növbəti dəfə Türkiyədə, xüsusi ilə də CHP-də görməsindən məmnunluq duyduğunu ifadə edərək, vurğulamışdır ki, bundan sonra da CHP-nin qapıları hər zaman AMACP üçün açıqdır.

Görüş zamanı H.Əliyev Türkiyədə yaxınlaşmaqda olan bələdiyyə seçkilərində CHP-yə qalibiyyət arzulayıb. Görüş çox səmimi müstəvidə keçmiş və hər iki tərəf bu görüşlərin intensiv olmasını vurğulayıb.

Onu da qeyd edək ki, bu dəfəki səfər zamanı Hürrü Əliyev CHP-nin xarici əlaqələr üzrə başqan yardımçısı Faruk Loğoğlu və CHP Ankara bələdiyyə başqanlığına namizəd Mansur Yavaşla da görüşlər keçirib.


Teqlər:





Xəbər lenti