Zakir Həsənov özbək generalla görüşəcək

Zakir Həsənov özbək generalla görüşəcək
  27 Yanvar 2014    Oxunub:976
Özbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanvarın 27-də Özbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatov Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.

General-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyasına, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə və müdafiə sənayesi müəssisələrinə səfəri gözlənilir.
Özrbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatovun rəsmi səfəri yanvarın 30-dək davam edəcək.


Teqlər:





Xəbər lenti