Cəbhə bölgəsində jurnalistlər saxlanıldı - VİDEO

Cəbhə bölgəsində jurnalistlər saxlanıldı - VİDEO
  26 Yanvar 2014    Oxunub:1083
Xəzər Televiziyasının əməkdaşları cəbhə kəndində çəkiliş aparan zaman saxlanılıb.

AzVision.az Starxeber.az-a istinadən xəbər verir ki, televiziyanın Qarabağ üzrə bölgə müxbiri Şamxal Cəliloğlu və operator Fəzail Səfərov son günlər atəşkəsin tez-tez pozulduğu Tərtərin Qapanlı kəndində reportaj hazırlayarkən Azərbaycan Milli Ordusunun zabitləri çəkiliş aparmağa imkan verməyib.

Jurnalistlərə kobudluq göstərib, kimliyini bildirməyən Milli Ordunun zabitləri zorla televiziyaya məxsus kameranı və xidməti vəsiqələri alaraq hərbi hissənin qərargahına aparıblar. Daha sonra əraziyə polis əməkdaşları çağırılıb. Telejurnalistlər Tərtər rayon polis şöbəsinə aparılıb. Burada jurnalistlərdən izahat alındıqdan sonra sərbəst buraxılıb.




Teqlər:





Xəbər lenti