Dağlıq Qarabağ münaqişəsi İtaliya mediyasında

Dağlıq Qarabağ münaqişəsi İtaliya mediyasında
  26 Yanvar 2014    Oxunub:1727
İtaliyanın “Citta Nuova.it” xəbər portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yerləşdirilib.
AzVision.az xəbər verir ki, İtaliyanın “Citta Nuova.it” xəbər portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yerləşdirilib.

Məqalənin əvvəlində Azərbaycan ilə Ermənistanın iqtisadi inkişaf göstəriciləri müqayisə olunur. Diqqətə çatdırılır ki, enerji ehtiyatları ilə zəngin olan Azərbaycan sürətlə inkişaf etdiyi halda, erməni xalqı səfalət içində yaşayır. Azərbaycan artıq xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran ölkəyə çevrilmişdir. Ermənistanda isə bu istiqamətdə heç bir irəliləyiş müşahidə olunmur.

Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ağır nəticələri və problemin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti təhlil olunur. Bildirilir ki, Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa olunmazsa, baş verəcək hadisələr dramatik həddə çata bilər. Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırdır.

Müəllif bildirir ki, rəsmi Bakının mövqeyinə görə, münaqişənin yeganə həlli Ermənistan silahlı qüvvələrinin işğal olunan Azərbaycan torpaqlarından çıxarılması və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmalarıdır.


Teqlər:





Xəbər lenti