İlham Əliyev təbrik etdi

İlham Əliyev təbrik etdi
  25 Yanvar 2014    Oxunub:824
AzVision.az xəbər verir ki,Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Milli bayramınız - Respublika günü münasibətilə Sizi və bütün Hindistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Hindistan əlaqələri zəngin ənənələrə malikdir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin, dostluq və əməkdaşlığımızın inkişafı yolunda səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

***

Eləcədə Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru xanım Kventin Braysa təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Milli bayramınız - Avstraliya günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Son illərdə Azərbaycan-Avstraliya əlaqələrinin genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".



Teqlər:  





Xəbər lenti